last update:

azeri | rus | english

Baş səhifə

Assosiasiya

Tarix oçerklər

Müasirlik

Portretlər

Uşaqlar - XXI

Təqdimat

Arxiv

 


 

 

Yaradıcı Qadınlar Assosiasiyası 1999-cu ilin iyul ayında mədəniyyət, elm və incəsənət sahələrini təmsil edən bir qrup peşəkar yaradıcı qadınlar tərəfindən təsis edilmisdir. 22 dekabr 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmisdir.
    Assosiasiya qeyri-siyasi, qeyri-hökümət, qeyri-kommersiya təşkilatıdır. Assosiasiya fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Ictimai birliklər haqqında» Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları, həmçinin aşağıdakı Nizamnamə əsasında qurur.

 

Assosiasiyanın əsas vəzifələri aşagıdakılardır:

- elm, incəsənət, mədəniyyət sahəsində çalısan qadınların yaradıcı imkanlarının hərtərəfli və tam reallaşdırılmasına, onların iş şəraitinin yaxşılaşdırılmasına kömək göstərilməsi, onların sosial və hüquqi müdafiəsinin təmin olunması;

- milli, ənənəvi mədəniyyət və incəsənətin, habelə folklorun, məhv olmaqda olan janrlarının (teatr, musiqi, təsviri və dekorativ-tətbiqi sənətinin, idman, kinematoqrafiya, memarlıq və dizayn və s.) bərpası və inkişafı;

 

- gənc və istedadlı mədəniyyət, elm və maarif işçilərinə,   tələbə və şagirdlərə maddi və mənəvi kömək göstərilməsi;

 - milli azlıqların mədəni irsinin qorunub saxlanılmasına,   təbligi, milli mədəniyyətlərin inkişafına maddi və mənəvi  yardım göstərilməsi;

- irqindən, dilindən, milliyyətindən, siyasi baxışlarından,  yaşından cinsindən, harada yaşamasından asılı olmayaraq  ehtiyacı olan, agıq vəziyyətə düşmüş adamlara, yetim  usaqlara, kimsəsiz xəstələrə, əlillərə, qocalara, təbii və ya insanlar tərəfindən törədilmis fəlakətələrdən zərər çəkmiş – qaçqınlara, köçkünlərə, yaralı əsgərlərə humanitar yardım göstərilməsi;

- usaqların və gənclərin mənəvi – əxlaqi, səviyyələrinin yuksəldilməsinə, onların milli və dunya mədəniyyətinin nailiyyətlərinə yiyələnməsinə komək göstərilməsi;

- yaradıcı qadınların sosial cəhətdən əhəmiyyətli təsəbbuşlərinin mudafiə olunması, onların xalq ənənəlirinin bərpa olunmasına, tarix və mədəniyyət abidələrinin, landşaftın, parkların və xatirə yerlərinin qorunmasına cəlb olunması, istedadlı gənclərə yaradıcılıqlarını inkisaf etdirməkdə kömək göstərilməsi;

- şəxsi mulkiyyətdə olan mədəni-tarixi sərvətlərin, milli relikviyaların, arxivlərin, kolleksiyaların, xalq muzeylərinin təbliginə və qorunmasına kömək göstərilməsi;

- xaricdə olan incəsənət, ədəbiyyat və tarix abidələrinin vətənə qaytarılmasının, vətənə qaytarılmasının təşkili, onların assosiasiyanın fondu nəzdində toplanması və komplektləşdirilməsi, onların müqavilə əsasında muzeylərə, arxivlərə, kitabxanalara və mədəni, elmi, pedaqoji sərvətlərdən istifadə edən digər orqanlara verilməsi;

- mədəniyyət və incəsənət sahəsində movcud olan təşkilatların maddi bazasının mohkənləndirilməsinə komək gostərilməsi;

- incəsənət, elm, təhsil, mədəniyyət sahəsində qabaqcıl təcrubənin oyrənilməsi və onların tətbiqi sahəsində dovlət proqramlarına yardım göstərilməsi;

- incəsənət, elm, təhsil, mədəniyyət sahəsindəki problemlərlə baglı əhalinin muxtəlif təbəqələri arasında rəy sorğularının keçirilməsi, onun nəticələrinin kutləvi informasiya vasitələri ilə yayılması, həmin məsələlərlə əlaqədar konkret problemlər ətrafında dovlət orqanları və digər ictimai təşkilatlarla assosiasiyada fikir mubadiləsi və muzakirələrin («dəyirmi masa», elmi-praktik konfranslar, simpoziumlar, forumlar və s.) keçirilməsi;

- xarici ölkələrdə fəaliyyət gostərən muvafiq təşkilatlarla əlaqələr yaradılması və onların inkisaf etdirilməsi, numayəndələr mubadiləsinin həyata keçirilməsi.

Assosiasiyanın ali orqanı Konfransdır.

Idarə heyəti Assosiasiyanın Prezidentindən və Konfransın seçdiyi üzvlərdən ibarətdir.

Azərbaycan Respublikasında yaşayan hər bir şəxs Assosiasiyanın üzvu ola bilər.

 

FƏALİYYƏT:

  • «Yaradıcı Qadınlar Assosiasiyası»nın internetdə «veb-saytını» yaranması (Açıq Cəmiyyət Institutu - Azərbaycan, 2000-ci il)
  • «Azəri ülkərləri» mahnı və rəqs ansamblında hazırlaşdırmış 17 kimsəsiz uşaq Bakı Xoreoqrafiya məktəbinə daxil olması (2000-2002 il).
  • Sabirabad rayonunda məskunlaşmış qaçqın uşaqların folklor yaradıcılığı haqqında «Bir ovuc günəş» sənədli film çəkilməsi. («lnternews Network»un Azərbaycan təmsilçisi, 2000 il)
  • Bakı metropoliteninin Xalqlar dostluğu stansiyasından dekorativ pannonun bərpası (2001).
  • Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq üzrə Institutu (IIZ/DW) «Cənubi Qafqazda orta və yaşlı nəslin təhsili» layihəsi (2002 - 2006 illər).
  • «Nazeləmə» klipinin yaranması (2008-ci il)
  • «Qaradağ - Sement» Azərbaycan Səhmdar Cəmiyyətinin layihəsi əsasında məşhur yazıçı, sənətşünas Sara Oğuz Nəzirovanın «Seçilmiş əsərləri» kitabının ingilis dilində çap edilməsi (2008-ci il)
  • «Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 3 nömrəli Uşaq evində peşəkar incəsənət kursları» layihəsi (2008-2009-cu il)
  • AMEA Milli Azərbaycan Tarix Muzeyi eksponantlarının bərpa layihəsi (2008-2011-ci il)

  Assosiasiyanın fəal üzvləri:

 

Afaq Hüseynova

Cəmilə Haşımova

Gülşən Hacıyeva

Rəhimə Hüseynova

Roza Cəlilova

Solmaz İsgəndərova

Svetlana Mirzəyeva

Afət Həsənova

Bəyimxanım Hüseynova

Emma Melani İzabel Elison

Rəna Məmmədova

Sevinc Həsənova

Kübra Əliyeva

Nuridə Hüseynova

Cəmilə Həsənzadə

Rasimə Əhmədova

Sevil Fərhadova

Lalə Zülfüqarova

Xalidə Nəsirova

Fəridə Mustafayeva

İrina Qundorina

 

   
   

Folk Dance Group (Ensemble) “Ghobustan”


 

News

 

home | assosiasiya | tarixi oçerklər | müasirlik | portretlər | XXI əsrin uşaqları | afişa | xəbərlər

Webmaster

E-mail: afag_h@hotmail.com

2002, Yaradıcı Qadınlar Assosiasiyası