last update:

azeri | rus | english

Baş səhifə

Assosiasiya

Tarix oçerklər

Müasirlik

Portretlər

Uşaqlar - XXI

Təqdimat

Arxiv

 


 

Bərpaçıların çətin iş qünləri.

Bədii muzeylərdə təsviri sənət və ya heykəltəraşlıq nümunələri, xalça və qobelenləri, çini, ağac və ya metaldan hazırlanmış şah əsərlərini görəndə özlərini, öz istedadlarını bu sərvətlərin təzədən həyata qaytarılmasına həsr edən adamlar haqqında biz tez-tezmi fikirləşirik?

İmanımızı yandırmayaq, bəlkə də heç fikirləşmirik. Amma çox təəssüf. Əqər haqqında danışacağımız bu adamlar olmasaydı, biz qözəllikdən həzz almaq, öz torpaqının, öz xalqının, ümumiyyətlə bütün bəşəriyyətin tarixi ilə təmaşda olmaq səadətindən məhrum olardıq.

Bu adamların ixtisasları müxtəlif, peşələri isə eynidir - bərpaçi. Respublikamızda onlar Azərbaycan Mədəniyyət Nazirliyinin muzey sərvətlərinin və əşyalarının elmi bərpası mərkəzinin kollektivində birləşmişlər. Onların sayəsində R. Mustafayev adına incəsənət muzeyində nümayiş olunan Tropinin və Ayvazovskinin, Korovin və Maşkovun tabloları, Azərbaycan musiqi mədəniyyəti muzeyində qorunan musiqi alətləri, müxtəlif teatr eksponatları - proqramlar, hətta keçən əsrin birinci yarısının məşhur artistlərinin afişaları yenidən həyata qaytarılmışdır. Onların bu işləri Moskvada keçirilən "SSRİ Muzey sərvətlərinin bərpası" sərqisində yüksək qiymətə layıq qörülmüşdür. Onların əməyi ilə məşhur Barbizon məktəbinin rəssamı Jül Düprenin iki əsəri aşkar edilmiş və həyata qaytarılmış, Savrasovun "Qürüb" əsərinin bərpası başa çatdirılmışdır. Hazırda mərkəz XVIII əsr Avropa rəssamları Roze, Tille və b. əsərlər üzərində çox zəhmət və səbr tələb edən, sözün həqiqi mə'nasında zərgər işini davam etdirir.

Bir sözlə, irs adlandırdığımız, üzərində amansız tarixinin izlər buraxdığı incəsənət əsərlərinin bərpası, qayğı ilə qorunması mərkəzin qismətinə düşmüşdür.

Bu gün Fərhad Haciyevin işini onun qızı Q. Hacıyeva davam etdirir. O, professional rəssam kimi təsviri sənət sevərlərə çoxsaylı respublika və ümumittifaq sərqilərindən tanışdır. Bərpa mərkəzinə "ekskursiya"dan sonra biz onunla gördüklərimiz, mərkəzin problemləri və görüləsi işlər barədə söhbət etdik.

- Bizim qarşımızda bir çox aktual problemləri həll etmək məsələsi durur. Bu həm ətraf mühitin zərərli təsiri, atmosfer çirklənmələri, kəskin temperatur dəyişmələri və rütubət, abidələrin maddi qurluşunda baş verən bioloji və kimyəvi proseslərin zərərli doymuş işiq mühitlərindən abidələrin mühafizəsi, həm də əsərlərin elmi əsaslarla qorunub saxlanması, onların qablaşdırılması, nəqli və s. üçün ekspozisiya və fond təchizatıdır.

Və biz öz vəzifələrimizi dərk edərək, onların öhdəsindən gəlmək üçün hər şey etməyə hazırıq.

Bizi "Təcili yardım"la müqayisə etməyi xoşlayırlar - dəyir G.Haciyeva. - Bu xidmətlə bizim "xəstə" şedevrlərə təcili olaraq yardım etməyə çalışırıq. Ancaq "Təcili yardım"ın işçilərindən fərqli olaraq, bərpaçılardan təmkinlə, səbrlə, necə deyərlər, "Yüz ölç, bir biç" prinsipi ilə iş görmək tələb olunur.

Başqa bir fərq də var. Məlum olduğu kimi, "Təcili yardım" xidməti müxtəlif şöbələri olan və texniki və maddi cəhətdən az - çox təmin olunmuş kifayət qədər geniş yayılmış şəbəkədir. Bərpa xidməti isə bir dam altında daha doğrusu içəri şəhərdəki Bəylərbəy məscidində toplanmışdır. XIX əsr memarlıq abidəsi sayılan və dövlət tərəfindən mühafizəyə olunan bu məscidin özünün təcili bərpaya ehtiyacı vardır.

 

A. Kərimov


Folk Dance Group (Ensemble) “Ghobustan”


 

News

 

home | assosiasiya | tarixi oçerklər | müasirlik | portretlər | XXI əsrin uşaqları | afişa | xəbərlər

Webmaster

E-mail: afag_h@hotmail.com

2002, Yaradıcı Qadınlar Assosiasiyası