last update:

azeri | rus | english

Baş səhifə

Assosiasiya

Tarix oçerklər

Müasirlik

Portretlər

Uşaqlar - XXI

Təqdimat

Arxiv

 


 

 

Uşaqlar XXI əsrin yaradıcılarıdır.

Rəsm və əl işlər

Fotoşəkillər

 

 

 

PRESS – RELİZ

«Yaradıcı Qadınlar Assosiasiyası» Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının adından verilən maliyyə yardım əsasında «Gələcəyin gəncləri» (Xətai rayonu 3 №li Uşaq evinin kimsəsiz uşaqların gələcəkdə professional şəkildə maddi qazanc əldə etmələri məqsədilə 3 aylıq (qurama, mill gənclik, milli rəqs və xanəndəlik) professional kursları) həyata keçirilib.

Layihə keçirilən zaman (7-12 sentyabr 2008-ci il) uşaqlar «Dan ulduzu» V Beynəlxalq uşaq festivalında «Sarı gəlin» rəqsi ilə müvəffəqiyyətli çıxış ediblər.

Uşaqların bir neçə əl işləri Çexiya paytaxtının Praqa şəhərinə keçirilən səfirlərin tərəfindən təşkil olunan folklor sənət əşyalarından ibarət yarmarka üçün göndərilib. Yarmarkada satılan uşaqların əl işlərinin qazancı müəlliflərə veriləcək.

Xüsusi qeyd etmək lazımdır ki, həmin layihənin bitirən uşaqlar bu gün dövlət proqramında aktual olan turizm industriyasına tələb olunan sahələrdə işləyə biləcəklər (milli suvenirlərin hazırlanması, milli folklor mədəniyyət proqramlarında iştirakı və s.), özlərini maddi cəhətdən təmin edəcək və öz gələcək sosial inkişafları üçün psixoloji baza əldə edəcəklər.

 

                                                  «Yaradıcı Qadınlar Assosiasiyası»nın

                                                                                 Prezidenti   Afaq Hüseynova  



            


              

 

Sarı gəlin

 

Ümid uşaq evi

 

Bir ovuc günəş

 

Kələntərli

 

Suallar:

1. Sənin ən böyük arzun?

2. Nəyi ən çox bəyənirsən və nəyi bəyənmirsən?

3. President olsan nəyi və necə edərsən?

 

Süleymanov Araz -13 yaş.

1. Mənim ən böyük arzum budur ki, dünyanın bütün insanları çiçək kimi pak və dünyanın ən gözəl qülləsinə bənzəsinlər. Mən isə onların arasında mənim üçün dünyada ən gözəl dağlar olan bizim Azərbaycan Qarabağ dağlarında bitən bir xarı bülbül gülü olum.

2. Dünyada mənim xoşuma gəlməyən çox şey var. Məsələn: Oğurluq, yalan danışmaq, yaltaqlıq, xayınlıq, nankor olmaq, alkoqol və s. Dünyada xoşuma gələn də çox şey var. Məsələn: Təbiət, incəsənət (rəsm, skulptura…), idman növləri (üzgüçülük, akrobatika), döyüş növləri (güləş, taskvando…) və s.

3. Prezident olmaq üçün mənim dünya görüşüm və həyat təcrübəm çatmır.

 

Əliyeva Aynurə-13 yaş.

1. Mənim ən böyük arzum budur ki, Xoreoqrafia məktəbini qurtarım gözəl rəqqasə olum, Opera və Balet teatrının səhnəsində çıxış edim. İmkanım olsun ev alım, anamı yanıma gətirim və arzum budur Fransız dilini gözəl öyrənim.

2. Mənim xoşuma gəlir sülh, gəzəllik rahatlıq, rəqs oynamaq. Xoşuma gəlmir, müharibə, dava, evsizlik, kasıbbsızlıq, küçədə uşaqların dilənməyi, xoşuma gəlmir uşaqların ana, ata atanda.

3. Prezident olsaydım Qarabağı ermənilərdən azad edib, torpaqlarımızı qeri qaytarardım. İşsizliyi aradan götürərdim , işləyənlərin pulunu artırardım. Elə eləyərdim ki, uşaqlar küçədə dilənməsin Yaxşı həyatdan insanların üzü gülsün, insanlar qəm-qüssə içində olmasın.

 

Xəlilov Seyran – 16 yaş.

1. Mənim ən böyük arzum odur ki, bütün insanlar mehriban olsun.

2. Mənim xoşuma gələn odur ki, insan insana mehriban olsun, xoşuma gəlməyən odur ki, insanlar bir-birinə paxıllığını çəkir və ara vurur.

3. Prezident olmaq üçün gərək oxuyasan və prezident olsam əgər bütün dünya ilə əlaqədə olaram.

 

Abdullayeva Gulşen-10 yaş.

1. Mənim ən böyük arzum budur. Opera-balet teatrında çıxış edim.

2. Dava, müharibə, adamlara hörmətsizlik eləmək xoşuma gəlmir. Xoşuma gəlir sülh, mehribançılıq.

3. Mən prezident olsaydım hamıya kömək edərdim, kimin imkanı yoxdur ona əl uzadardım.

 

Süleymanova Arzu-11yaş.

1. Mənim ən böyük arzum xoreqrafiya məktəbini bitirib dünyanın ən böyük səhnələrində çıxış edim.

2. Mənim bu dünyada xoşuma gəldiyi: sülh, azadlıq, millətin sağlam, xoşbəxt olmağı, rəqs, mahnı, oxumaq. Mənim xoşuma gəlmədikləri: dava, müharibə, ədalətsizlik, kasıbçılıq, uşaqların atılması, bədbəxtlik, tərbiyyəsizlik.

3. Mən prezident olsaydım bütün barları, diskotekaları yığışdırıb onların yerinə uşaq evləri, məktəblər, zavodlar, mağazalar tikərdim, uşaq evlərini tikəndən sonra bütün uşaqları yığıb onlara təhsil verərdim. Bir sözlə öz vətənimə dayaq durub öz borjumu yerinə yetirərdim.

 

Hacıyev Fərhad - 13 yaş.

1. Müharibə və qaçqınlar olmasın.

2. Həyatda mehriban və dostpərvər adamların olması xoşuma gəlir, kin, yalan və pul isə xoşuma gəlmir.

3. Mən Bizim Bakı şəhərində, xüsusi olaraq qədimi İçəri Şəhərdə təmizlik və gözəllik yaradardım ki, bizim şəhərimizə çoxlu turistlər gəlsin və onunla həzz alsınlar. Dəniz qırağında çoxlu otellər və böyük "Disneylend" tikərdim. Restovrator olan anamı şəhərin baş rəssamı təyin edərdim.


Folk Dance Group (Ensemble) “Ghobustan”


 

News

 

home | assosiasiya | tarixi oçerklər | müasirlik | portretlər | XXI əsrin uşaqları | afişa | xəbərlər

Webmaster

E-mail: afag_h@hotmail.com

2002, Yaradıcı Qadınlar Assosiasiyası