last update:

azeri | rus | english

Baş səhifə

Assosiasiya

Tarix oçerklər

Müasirlik

Portretlər

Uşaqlar - XXI

Təqdimat

Arxiv

 


 

 

Şifaqi xalq ədəbiyyatı (Folklor)

    Azərbaycan şifahi xalq ədəbiyyati dünyanın digər xalqlarının folkloru arasında özünə məxsus və şərəfli yer tutur. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq azərbaycan ədəbiyyatının da əsasını qoyub.
    Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdir.
    Bu hisslərin ilk nümünələri isə əmək nəğmələridir. İbtidai cəmiyyətin inkişafı nəticəsində ovçuluq, əkinçilik, maldarlıqla əlaqədər olan formalar daha çox inkişaf etmiş bədii təfəkükürün yaranmasına, təbiətdə və cəmiyyətdə gedən proseslərin dərk edib bədii söz ilə ifadəsinə şərait yaranıb. Folklorun digər formaları – nağılları, dastanları, hikmətli sözləri və s. həmin bu prosesin nəticəsidir.
    Şifahi xalq ədəbiyyatı kollektiv yarandıcılıq olduğu üçün xalqın çox hissəsinin arzu və istəklərini, müxtəlif hadisələrə və cəhətlərə münasibətlərini, tərbiyyəvi görüşlərini xalqın tarix yoluna çox sadə, təmiz və formalaşmış bir şəkildə nəsildən nəsilə sovqat olunub.
    Əlbəttə, bu gün bizim əlimizdə o zamanki folklor nümünələri əks etdirən yazılı bir abidə yoxdur. Lakin o dövrdəki nümunələrin izi bizə gəlib çatmışdır.
    Bu bayatı və nağıllarda, nəğmə və oyunlarda özünü biruzə verir. Qədim dastanlarmızın qəhramanları və sücetləri antik müəlliflərin əsərlərində də öz əksini tapıb. Bizim klassik ədəbiyyatımız da folklor çeşməsindən məharətlə faydalanıb. Əlbəttə bu ən'ənə bu günə kimi azərbaycan ədəbiyyatında davam edir. Bir çox yazıçı və şairlərimizin əsərlərində şafahi xalq ədəbiyyatının tə'siri aydın görünür.
    Şifahi xalq ədəbiyyatının qələmə alınması – təkcə ədəbiyyatımız üçün yox bir çox başqa elmlərin tarix, coğrafiya, etnoqrafiya və s. inkişafı üçün də böyük rol oynayıb. Bu abidələrin içərisində e. ə. VI əsrin axırlarında, V əsrin əvvəllərində Əhamənilər hakimiyyəti dövründə yazıya göçürülmüş «Avesta» mühüm yer tutur.
    Belə bir əfsanə mövcuddur ki, «Avesta» 12 min inək dərisi üzərində qızıl hərflərlə yazılmışdır. Ərəb tarixçisi Məs'udinii yazdığına görə Makedoniyalı İskəndər «Avestanın» tibbi, fəlsəfi, astroloci hissələrini yunan dilinə tərcümə edib, lakin mətnin əslini yandırmışdır.
    Sasanilər dövründə Avestanın bir çox hissələri folklordan toplanıb, yazıya köçürülmüşdir.
    Avestanın dörd əsas hissəsi – Vendidat, Vispered, Yəspa və Yəşt – təşkil edirlər. Əsas mə'nası isə musiqi üstündə oxunan şe'r parçalarında – qatlarda verilib.
    Mə'lumdır ki, azərbaycan xalqının dili türk dillərindən biridir və təbiidir ki, qədim türk xalqlarının yaratdığı dastanların sücetləri, motivləri azərbaycan şifahi xalq ədəbiyyatında geniş şəkildə öz əksini tapıb.
    Bu dastanlar içərisində ən qədimi «Alp Artunqa» (Afrasiab) dastanı sayılır. Alp Artunq – 700 il miladdan əvvəl yaşamış qəhrəman bir hökmüdardır. Firdovsinin «Şahnamə» əsərində bu şəxsiyyət Afrasiab adı ilə verilib. XI əsrin məşhur alimi Maxmud Kaşqarinin «Divani – lüğətüt – türk» də dərc olunmuş Ali Artunq mərsiyəsindən iki dörd lüyü bu gün başa düşüləcək şəkildə nümunə veririk:

    Ali Artunqa öldümü                    Ali Artunqa öldümü?
    İyməz əcun qaldımı                      Pis dünya qaldımı?
    Üzlək üçün aldımı                         Fələk ö cün aldımı?
    İmdi ürək yırtılır                           İndi ürək yırtılır
    Bəklər atın arqurub                      Bəylər atını yorub
    Qadki ani torqurub                      Qayğı onları əhatə edib
    Məngizi yuzi sarqurub               Bənizi (yanaqları) saralıb
    Körküm anqar turtulub             Sanki zə'fəra sürtünüb

    Təəsüflə qeyd etməliyik ki, görkəmli alimimiz Həmid Araslını qeyd etdiyi kimi «Üç min illik mədəniyyət tarixi olan xalqımız şifahi ədəbiyyat nümunələrinə yalnız «Avesta» səhifələrində rast gələ bilir...
    Ərəb istilasının ilk illərində yaranan şifahi ədəbiyyatın da nümunələri, yazılı olaraq bizə qədər gəlib çatmamışdır. Yalnız VII-VIII ərslərin yadigərı kimi dövrümüzə gəlib çatmış. «Dədə Qorqud» boylarında və XI əsrin məşhur alimi Məhmud Kaşğarının Divani-lüğətüt türk» əsəri ilə XII əsr şairi Nizami «Xəmsəsində» Azərbaycan şifahi ədəbiyyatının bir çox nümunələri mühafizə edilmişdir».
    Oğuz ellərinin yaradıcılığının gözəl nümunəsi olan «Dədə Qorqud» dastanları XV əsrin ortalarında yazıya köçürülüb. Kitaba 12 dastan daxildir. Bu dastanlarda qədim Azərbaycanda baş vermiş hadisələrdən söhbət açılır.
    Məkan adları, dastanların dili bu əsərin Azərbaycanla əlaqədar olduğunu sübut edir.
    Folklor nümunələrinin öyrənilməsində ayrı-ayrı şəxsiyyətlər tərəfindən tərtib olunmuş «Cüng»lərin də böyük əhəmiyyəti var. Bu «Cüng»lərdə müəllifləri olan əsərlərlə yanaşı xalq ədəbiyyatının nümunələri – bayatı, mahnı, qoşmalar, dastanlar və s. rast gəlmək olar.
    Məsələn tacir İlyas Muşeqin «Nəğmələr» kitabı bu nöqteyi-nəzərdən çox önəmlidir. Əlyazma 326 səhifədən ibarətdir. Koroğlu, Məcnun, Aşıq Qərib və s. adları ilə bağlı qoşmalar, xalq bayatıları, həmçinin Nəsimi, Xətai, Fuzuli və bir sıra başqa şairlərin əsərləri də bu əlyazmada toplanıb.
    Azərbaycan şifahi xalq ədəbiyyatı üç əsas növə bölünür: Lirik; Epik; Dramatik.
    Lirik növə müxtəlif mərasim nəğmələri, tarixi və lirik mahnılar, bayatılar, aşıq poeziyasının nümunələri, düzgülər, sayacı sözləri və s. aiddir.
    Epik növə naqıllar, əsatirlər, əfsanələr, qaravəllilər, atalar sözü və məsəlləri, tapmacalar daxildir.
    Dramatik növə – tamaşa və oyunlar, müxtəlif məzmunlu xalq dramları daxildir.


    I Lirik növlər

    Azərbaycan xalqının poetik yaradıcılığının ən qədim canrlarından biri əmək nəğmələridir

    Güc ver ho
    Güc ver ho
    Güc ver ho
    Avalım gücdə qalıb
    Güc ver ho
    Güc ver ho
    Güc ver ho
    Ehhe, ehhə, güc ver ho.

    Holavarlar – əkin işinin ahənginə uyğun olaraq, oxunan, səslərdən, ritmlərdən, ’’ho-ho’’lardan ibarət olan mahnılardı,
    Bu formanın inkişafı və təkmilləşməsi bayatı formasının yaranmasında böyük rol oynayıb.
    (ətraflı Azərbaycan folkloru antologiyası B. 1969 tərtib edəni Ə. Axundov, A. Nəbiyev Azərb- Özbək folklor əlaqələri B 1978).
    Sayacı nəğmələri çobanların oxuduğu nəğmələrdir:

    Sayacı verdiniz?
    Səfa olsun yurdumuz
    Ulamasın qurdunuz
    Ac getsin avanınız
    Tox gəlsin çobanınız.
    Bundan başqa Sağın, Ovçu, İpəkçi, Mərasim və s. nəğmələri də mövcuddur.
    Bayatılar və bayatı şəkilində şerlər:
    vəsfi-hallar (nəğmələr) laylalar, ağılardır.
    Bayatı sözü qəbilə adından götürülüb. Lakin qəbilə adından çox əvvəl bu sözi tarixi ad olduğu ehtimal olunur:

    Əzizinəm Salyana
    Dara zülfün, sal yana
    Necəsən bir ah çəkim
    Kür quruya, sal yana
    Vəsfi- hallar
    Bülbül oxur yuvada
    Qanad çalır havada
    Əmim oğlu sağ olsun
    Mən niyə gedim yada

    Laylalar - beşik keşiyində anaların balalarına oxuduğu bayatılardı.

    Lay-layı dərin bala,
    Yuxusu şirin bala.
    Tanrıdan əhdim budur,
    Toyunu görüm bala.

    Ağılar – matəm, yas və dəfn mərasimlərində deyilən dördlüklərdir.

    Bu dərdi qanan gərək
    Odlara yanan gərək
    Yad ağlar, üzdən ağlar
    Ağlasın anam gərək.
    Yas mərasimləri- orada oxunan ağılar
    Toy mərasimləri- elçilik, xna yaxma və s.

    Xalq dramları- Azərbaycan xalq teatrının çox zəngin və özünəməxsus yaranma və inkişaf yolu vardır. Müxtəlif dövrlərdə bu dramlar xalqın təfəkkürünü, dünya görüşünü, dini mühafizələrini xalq məişətini əks etdirib.
    Poetik, komik, satirik ünsürlər də bu əsərlərə rəngarənglik vermişdir.
    Dramların bir qismi kuklalar vasitəsi ilə ifa edilmişdir. Tamaşaçılara mövzu və fikir fəqət hərəkətlə çatdırılırdı, tamaşalar səssiz oynanılırdı.
    Dramlara misallar: ’’Xan-xan’’, ’’Keçəl’’, ’’Bic nökər’’ və s.


    II Epik növlər.

    Nağıllar- xalqın dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış nəvlərindəndir.
    a) Heyvanlar haqqında olan nağıllar:
    M. Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır.
    Qədim insanlar bə'zi heyvanlara e'cazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda totem heyvanlara rast gəlmək olar.
    ’’Göyçək Fatma’’, ’’Fatmanın inəyi’’, ’’Ovçu Pirim’’ və qeyri.
    Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir. ’’Şəngilim, Şüngülüm, Məngülüm’’ və s.
    b) Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır. Məs. ’’Sehirli üzük’’, ’’Şəms və Qəmər’’, ’’Məlik Məmməd’’ və s.
    v)Tarixi nağıllar- Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır. Məs. ’’İsgəndər və fağır’’ ’’Saleh və Valeh’’, ’’Üç bacı’’ və s.
    q) Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar. Məs. ’’Hacının köpəyi’’, ’’Yeddi qardaş bir bacı’’, ’’Dərzi şagirdi Əhməd’’ və s.
    Əsatirlər, əfsanələr, miflər, dastanlar.
    Azərbaycan folkloruna mifoloci axın iki istiqamətdə daxil olmuşdur.
    Birinci mifoloci dalğanın əsas mənbəyi qədim türkdilli xalqların yaratdığı dastanlardır. Tükdilli köçəri tayfa və qəbilələrin Azərbaycana yürüşləri zamanı özləri ilə gətirdikləri mifoloci sücetlər Azərbaycan şiyahi ədəbiyyatına qarışır.
    Azərbaycan folklorunun özülünü təşkil edən ikinci mifoloci qaynaq Şərqin qədim abidəsi ’’Avestadır’’. (Yuxarıda bu haqda mə'lumat verilib)
    Ümumiyyətlə miflər aşağıdakı növlərə ayrılır:
    Dünyanın yaranması haqqında miflər.
    Kosmoqonik miflər – təbiətdə baş verən mö'cüzəli hadisələr.
    İlk insan haqqında miflər ’’Avesta’’da ilk insan Qara Martadır, o sonralar Kəyumərs kimi tanınmışdır.
    Türk xalqlarının öz əcdadı saydığı insan- ’’Oğuzdur’’. (’’Kitabi Dədə Qorqud’’da bu barədə bə'zi təsvirlər verilib)
    Totemlə bağlı miflər (Məs. İri buynuzlu mal-qara ’’Avesta’’da müqəddəsdir).
    Azərbaycanın qədim əfsanələri eramızlan əvvəpki dövrlərlə bağlıdır. Hələ Herodot öz ’’Tarix’’ əsərində Midiya dövrünün Astiaq və Tomiris əfsanələrindən istifadə edib. Nizami Gəncəvinin də əsərlərində xalq əfsanələrindən geniş istifadə olunub.
    Azərbaycan şifahi xalq ədəbiyyatında dastanlar mühüm yer tutur. Burada bə'zilərin adını çəkirik.
    İslamdan qabaqki dastanları:
    ’’Əfrasiyab’’, ’’Şu’’, ’’Hun’’, ’’Kök türk’’, ’’Oğuz’’, ’’Uyğurdur’’.
    İslamdan sonraki türk dastanları aşağıdakılardır:
    ’’Satuq Buğra xan’’dastan, ’’Manas’’; ’’Çingiz’’, ’’Kitabi –Dədə Qorqud’’, ’’Koroğlu’’; ’’Qaçaq Nəbi’’, ’’Qaça Kərəm’’.
    Məhəbbət dastanları isə ’’Aşıq Qərib’’ ; ’’Əsli və Krəm’’; ’’Abbas və Gülgəz’’ ’’Şah İsmayıl’’ ’’Alıxan və Pəri xanım’’dastanı.
    Atalar sözü və məsələlərdir.
    Xalqın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözləri atalar sözləri adlanır. (C. Hey'ət-Azərbaycan şifahi xalq ədəbiyyatı).
    Mövzu muxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə- atalar sözlərinə xas olan cəhətlərdir. Ağac bar verəndə başını aşağı tutar: Baldız-çuvaldız; dağ-dağa qovuşmaz, adam adama qovuşar və s.
    Tapmacalar-insan zəkasının, diqqətinin inkişafı üçün yaranan nümunələrdir. Tapmacalar ətrafda baş verən və aləmi əhatə edən bütün əşya və hadisələrə aid ola bilər.

    1)Bir quşum var, canı yox
    Elə çoxdur, sanı yox (təyyarə)

    2) Aləmi bəzər
    Özü lüt gəzər (İynə) və s.


    III Dramatik növ:

    Mövsum və məişət mərasimləri ilə əlaqədar müxtəlif növ oyunlar; tamaşalar və şölənlər yaranıbdır.
    Mərasimlər:
    Mövsum mərasimləri- təbiət hadisələri və əmək fəaliyyəti ilə əlaqədar düzəldilmişdir.
    Onların ən çox yayılanı Novruz bayramıdır. Bu bayramın yaranması haqqında müxtəlif müşahidələr mövcuddur.
    1) Guya tarixi bütün varlığı məhz bu gün yaratmağa başlamışdır.
    2) Əfsanəvi padşahlar bu bayramı icad etmişdir.
    Məhşur Xorezim alimi Əl-Biruni(XI əsr) ’’Ötən günlərin abidələri’’ kitabında qeyd edir ki, ’’Cəmşid diyar-diyar gəzməyə xoşlarmış. Günlərin bir günündə, o, Azərbaycanı da görmək istəyir. Öz qızıl taxtına əyləşir, adamlar onu çiyninə alıb aprır. Günəşin şüaları Cəmşidin üstünə düşdükdə adamlar bu mənzərəni görüb, heyran olur, həmin günü bayram e'lan edirlər’’ (ətraflı bax H. Əfəndiyev Az. Şifahi xalq ədəb. Bakı 1992).
    3) Azərbaycan alimi Teymur bəy Bayraməlibəyov ’’Novruz bayramı’’ (Kaspi qəz. 1913 –cü il) adlı silsilə məqalələrində yazır ki, bu bayram günəşin şərəfinə məşhur Zərdüşt tərəfindən tə'sis edilib.
    Digər mövsum mərasimləri:
    Xıdır - yaşıllıq, yağış arzusu ilə təşkil edilən mərasim.
    Qodu-qodu - yağıntı çox olduqda keçirilir.
    XIX əsrin bir sıra mənbələrində bu mərasimlərin Azərbaycanda keçirilməsi qeyd olunub.
    Qədim mərasimlərin bir qismi bu və ya digər şəklində bu günə kimi gəlib.


Folk Dance Group (Ensemble) “Ghobustan”


 

News

 

home | assosiasiya | tarixi oçerklər | müasirlik | portretlər | XXI əsrin uşaqları | afişa | xəbərlər

Webmaster

E-mail: afag_h@hotmail.com

2002, Yaradıcı Qadınlar Assosiasiyası