last update:

azeri | rus | english

Baş səhifə

Assosiasiya

Tarix oçerklər

Müasirlik

Portretlər

Uşaqlar - XXI

Təqdimat

Arxiv

 


 

 

Azərbaycan qadını.

 

Müasir Azərbaycan qadını iki boyuk sivilizasiyanın məhsuludur. Kökləri şərq mədəniyyətinə baglı olan Azərbaycan qadını intellektual cəhətdən Avropa mədəniyyəti ilə tərbiyələnmişdir.

Azərbaycan mədəniyyəti və tarixi, Azərbaycan qadını təsəvvürünün formalaşması qədim köklərə malikdir. Azığ mağarası (e.ə. II milyon) və Qobustan qayaüstü şəkilləri buna sübutdur (e. ə. XV - XII minillik).

Türk tayfalarında qadının sosial rolu daim fəal olub.

Azərbaycan qadının fəal rolu ölkəmizin tarix və mədəniyyət abidələrində qabarıq və inandırıcı olaraq öz əksini tapıb: "Avesta"da ilahə Anahit (e.ə. III minillik), "Dədə-Qorqut"da Burla Xatun, Selcan xatun, Banu Çiçək (e.ə.VI-VIII əsr), "İskəndər-namə"də Nüşabə; Koroğlunun həyat yoldaşı Nigar xanım; Məshəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşud Banu Nətavan kimi şairlər, xalq qəhramanı… Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım; ilk azərbaycan yazıçısı Şəfiqə Əfəndiyeva, general A.Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar xanım Şixlinskaya və başqaları.

Muassir Azərbaycan qadını özünü bütün incəsənət, mədəniyyət, elm sahələrində fəal nümaiş etdirib.

İlk azərbaycanlı kimyaçı-qadın - İzzət Orucova.

İlk həkim-ginekoloq - Ədilə X. Şaxtaxtinskaya.

Azərbaycan Tarix Muzeyinə başçılıq edən - tarixçi, akademik Püstə Xanım Əzizbəyova.

İlk peşəkar bəstəkər Ağabacı Rzayevə. Şəfiqə Axundova, caz-muqam sintezini əldə edən bəstəkar Firəngiz Əlizadə və s. opera mügənniləri Fatma Muxtarova və Şövkət Məmmədova, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova . Onların estafetini SSRİ xalq artisti Zeynəb Xanlarova, dünyada tanınmış Qasımova bacıları - Fidan və Xuraman, Fərqanə Qasımova və b. - ləyaqətlə davam etdirirlər. Bizim məşhur aktrisamızlara- Nəsibə Zeynalovaya, Hökümə Gurbanovaya, Amaliya Panahovaya bütün xalq heyran qalıb.

İlk sənətkar rəssam İzzət Seyidova, Bədura Afganlı, Maral Rəxmanzadə Gülnaz, Vəcihə Səmədova, Güllü Mustafayeva, tanınmış Münəvvər Rzayeva, Elmira Hüseynova heykəltəraşlar.

İlk sənətkar balerinalar Gəmər Almaszadə, gözəl sənət ustası Leyla Vəkilova, Xumar Zülfugarova, Rəfigə Axundova,Tamilla Şirəliyevə; məşhur rəqqasələrimiz Əminə Dilbazi, Roza Cəlilova, dünya çempionları-idmançılar, Aynur Sofiyeva və stend üzrə nişanalma idman növündə Olimpiya Çempionu Zemfira Məftixatdinova.

Azərbaycan elminin inkişafında parlaq yer tutan akademik Zərifə xanım Əliyeva, yazıçı- Əzizə Cəfərzadə , musigişunas professor Rənə Məmmədova.

Respublikamızda qadın hərəkatinin inkişafına dövlətimiz tərəfindən böyük fikir verilir. Müassir qadınlar Dünya Gender hərəkətində fəaldirlar. Belə ki, IV Ümum-dünya qadın konfransı (Pekin ş.) ərəfəsində onlar bir sıra seminar, konfranslar, sərqilər (Fatma Əbdüllazədə başta olaraq ) təşkil etmiş və orada iştirak etmişlər. Qender problemləri BMT proyektləri çərçivəsində inkişaf edir.

Azərbaycanda bir sıra qadın təşkilatlarının inkişafında Zöhra xanım Quliyeva, Zemfira Verdiyeva, Elmira Suleymanova, Hicran Hüseynova kimi tanınmış qadınların rolu çox böyükdür.

Xalq qəhramanı jurnalist Salatin Əskərova erməni işğalçiları tərəfindən həlak oldu. Qocaman jurnalist Svetlana Mirzəyeva 60 ildir ki, mədəniyyət hadisələrini işıqlandırır. Elmira Axundova istedadli publisistik ədəbi əsərləriylə, həmçinin Umummilli liderimiz Heydər Əliyevə həsr olunmuş əsərləri daim oxucuların diqqətini cəlb edir.

Bu gün mütərəqqi Azərbaycan xanimlari Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputati, YUNESKO-nun və ISESKO-nun xoşməramli səfiri, Azərbaycanin birinci xanimi Mehriban xanım Əliyevə başçılıq edir. Ona Bakı Lomonosov adına MGU filialının rektoru Nərgiz Paşayevə, Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Tarix Muzeyinin direktore, akademik Nailə Vəlixanli, Memarlıq və İnşaat Universitenin rektoru Gülçöhra Məmmədova, AMEA-nın Şərqşünaslıq İnstitunun direktoru Gövhər Baxşaliyevə və başqaları kimi dəstəkliyir.

Məşhur Azərbaycan plakatçi-rəssamı Elmira Şaxtaxtinskaya plakatların birində Azərbaycan qadının mahiyyətini belə əks etdirib: "Aslanın erkəyi dişisi olmaz".

Afaq Hüseynova

 

Mehriban Əliyeva

Zərifə Əliyeva

Məhsəti Gəncəvi

Xurşidbanu Natəvan

Şovkət Həsən qızı Məmmədova

Izzət Mirzəaga qızı Orucova


Folk Dance Group (Ensemble) “Ghobustan”


 

News

 

home | assosiasiya | tarixi oçerklər | müasirlik | portretlər | XXI əsrin uşaqları | afişa | xəbərlər

Webmaster

E-mail: afag_h@hotmail.com

2002, Yaradıcı Qadınlar Assosiasiyası